Əli Pənahov: “Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq” AÇIQLAMA
"Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olaraq daima dəstək olub. Onun əziz xatirəsi xalqımızın, o cümlədən də biz gənclərin qəlbində daim yaşayacaq". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) sədr müavini Əli Pənahov deyib.
O bildirib ki, Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında özünəməxsus və əvəzolunmaz xidmətlərə sahibidir: "Tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurub. Onun elmi işləri, araşdırmaları bu gün də diqqət mərkəzində olmaqla əsas istinad mənbəyidir. O böyük şəxsiyyət dünya oftolomologiya elminə böyük töhfələr verib. Hər bir azərbaycanlı bununla qürur duyur".
YAP GB sədrinin müavini qeyd edib ki, Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları kifayət qədər çoxdur: "Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır. Azərbaycana cənab İlham Əliyev kimi güclü və qətiyyətli lider bəxş etdiyi üçün biz Ona hər daim minnətdarıq".
Onun sözlərinə görə, Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır: "Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq. Onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB