"Orta əsrlərdə İpək yolu o dövrün interneti, Bakı isə onun ən mühüm qovşaqlarından biri idi". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində İspaniyanın xarici işlər naziri Manuel Garcia Margallo söyləyib. İspaniyanın XİN başçısı qeyd edib ki, bu gün Bakıda ona görə toplaşmışıq ki, bura yeni qlobal məkandır: "Bu tədbir bir növ hamını bir araya gətirir. Bütün bu əlaqələr bizim müxtəlif çağırışlarla əlaqədar tədbirlər görməyimizə xidmət edə bilər. Alyans BMT-yə xidmət edən alət kimi müxtəlif cəmiyyətlər qarşısındakı ziddiyyətlərin aradan qaldırılmasına töhfə verəcək. Ona görə də Alyans çox mühüm platformadır. Sivilizasiyaların müxtəlifliyi tərəqqi əldə edilməsində danılmaz gücdür. Ona görə də prinspial mövqedən çıxış etməliyik. Sivilizasiyaların inkişafı bütün dinlərə, mədəniyyətlərə qarşılıqlı hörmət əsasında inkişaf edə bilər. Biz qlobal şəkildə insan hüquqlarının təmin edilməsinə öz töhfəmizi verməliyik".
Manuel Garcia Margallo qeyd edib ki, ümumi prinsiplərdən uzaqlaşmamalı, terrorizmə qarşı mübarizədə svilizasiyalararası platforma yaradılmalıdır: "Terrorizm qurbanlarrının əksəriyyəti müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, bir bölgə təkbaşınna bu fenomenə qarşı mübarizə apara bilməz. Dini və mədəni dialoq münaqişələrə son qoya bilər. Beləliklə də mədəni dialoqla münaqişələrin öncədən qarşısının alınmasına da diqqət yönəltməliyik. İspaniya Mərakeşlə birlikdə myltikultralizm tədbirləri həyata keçirib. Münaqişələrin qarşısınnın allınmasında qabaqlayıcı tədbir kimi mədəni tədbirlər diqqət mərkəzində olmalıdır. Terrorizmin qurbanlarının artmasının qarşısını da qabaqlayıcı tədbirlər almalıdır. İspaniya bu sahədə çoxsaylı tədbirlər təşkil edir. Amma buna baxmayaraq, bizim qət edəcəyimiz kifayət qədər böyük yol var".
İspaniyanın xarici işlər nazirinin sözlərinə görə, son illər zorakı ekstremizm təhdidi artıb: "Birmənalı şəkildə ekstremizmə qarşı mübarizə aparmalıyıq, bu, mənəvi borcumuzdur. Bu, İspaniya üçün vacib məsələdir. Ona görə də 2015-ci ildə İspanyia xarici işlər nazirlərinin iştirakı ilə tədbir keçirdi və Madrid Bəyannaməsi qəbul edildi". İspaniya xarici işlər naziri Tolerantlıq Komitəsinin yaradılmasını təklif edib: "Terrorizmin qurbanları olan gənclər sülh və tolerantlıqla bağlı maarifləndirilməlidir. Bunun üçün özəl platforma yaradılmalıdır. Sosial şəbəkələrdən, videooyunlardan istifadə edilməlidir. Media da bu baxımdan müxtəlif din və mədəniyyətlərin təbliğində müzüm rol oynmalıdır. Bizim təbliiğat kanallarımız birbaşa qurbanlara çıxmalıdır. Sizi dini liderlərin İspaniyada keçirilən toplantısında da iştirak etməyə çağırıram . Müütəxəssislərin də sülh quruculuğu ilə bağlı məsələlərə rəy və təkliflərini verməyə çağırıram. Qalınların aktiv iştirakı olmadan sülhün təmin edilməsinin mümkün olmadığını da bir daha vurğulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB