Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Qətərin Baş nazirinin müavini Əhməd bin Abdullah əl-Mahmud və Küveytin Baş nazirinin birinci müavini Şeyx Sabah Xalid Əl-Haməd əl-Sabah forumda iştirak etmək üçün Bakıya gələcək.
Forum çərçivəsində ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB