"Siyasətdən əl çək, get mal-qoyununu otar!" Əli Kərimliyə İSMARIC

"İstənilən peşədə səriştə, bilik və bacarıq tələb olunur. O cümlədən siyasətçidə də bu keyfiyyətlərin olması vacibidir. Hətta siyasətçidən daha çox savad, qabiliyyət, fəlsəfi baxışlar tələb olunur. Əli Kərimlidə bunlar yoxdur". Bunu SİA-ya Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov son günlər AXCP sədri Əli Kərimlinin Azərbaycan Ordusuna inamsızlıq yaradan, "düşmən dəyirmanına su tökən" fikirlərinə qarşı cəmiyyətin, o cümlədən gənclərin və hətta öz qohumlarının da etiraz aksiyaları keçirməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, siyasət dəryasına baş vuran bu məxluq, özü ilə bərabər nə qədər sadəlövh gəncləri də ardınca aparmaq istəyir: "Qohumları arasında da öz iyrənc oyunlarına qoşa bildiyi gənclər olub və onlar reallığı dərk edən kimi ƏliKərimlidən uzaqlaşıblar. Bu yerdə yadıma Şeyx Şamilin bir deyimi düşür. Rus çarı onun bu qədər sevilməsinin sirrini soruşanda Şeyx cavab verir: "Əvvəl ailəm məni sevdi. Ailəmə baxıb qohumlarım, qohumlarıma baxıb aulum, aula baxıb bütün Dağıstan sevdi". Yəni, bu şəxsi qohumları belə sevmirsə, ona nifrət edirsə,cəmiyyət necə sevsin?! Ona inanan bir qrup insanlara da demək istəyirəm ki, ziyanın yarısından dönmək də kardır. Əli Kərimlini öz qohum-əqrabası belə daş-qalaq edirsə, ayıbına kor olsun, siyasətdən əl çəkib, qohumları dediyi kimi, gedib qoyundan, maldan otarıb çörəyini qazansın. Özü cəhənnəm, toruna saldığı gənclər yazıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...