Nərgiz Xələf: “Əli Kərimlinin fikirlərini qətiyyətlə pisləyirik” AÇIQLAMA
"Azərbaycanın tarixinə yazılan şanlı səhifələr zamanı, ölkəmizin bir qarış torpağı üçün qanlar töküldüyü, şəhidlər verdiyi bir dönəmdə Azərbaycanın "siyasi lider"inin ermənilərin əlindən tutacaq fikirlərinin ifadə olunması qəbuledilməzdir". Bunu SİA-ya Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Nərgiz Xələf deyib.
Onun sözlərinə görə, gənclik olaraq sosial şəbəkələrdə Əli Kərimlinin yazdıqlarına münasibət bildirdikdə isə gənclər bloka salınırlar: "Demokratiyanın carçısı olan bu cür insanın demokratiyadan kənar hərəkət etməsi həqiqətən də bizdə böyük suallar doğurur. Ən böyük suallardan da biri ondan ibarətdir ki, niyə görə Ermənistan mətbuatı bu gün məhz Əli Kərimlinin fikirlərinə istinad edir. Beləcə onu özünün xeyrinə istifadə etmiş olur. Yalnız Azərbaycana düşmən mövqedə olan bir insan bu cür çıxışlar edə bilər. Bizlər bunu pisləyirik. Azərbaycanın şanlı tarixinin yazıldığı bir dönəmdə bunun əleyhinə istifadə olunan bir kəlmə belə həqiqətən də utancvericidir".
N.Xələf əlavə edib ki, xalqın Azərbaycan Prezidentinin yürütdüyü siyasətə etimadının və dəstəyinin daha da yüksəldiyi, cəmiyyətlə hakimiyyət arasında birliyin daha da sıxlaşdığı, milli ordumuzun zəfərinin xalqda yüksək əhval-ruhiyyə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaratdığı bir vaxtda, Əli Kərimli əsl düşmən xislətini bir daha açıq şəkildə ortaya qoydu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB