Ekspert: “NATO-nun bəyanata olan şərhini gözləməliyik” AÇIQLAMA

Ekspert: “NATO-nun bəyanata olan şərhini gözləməliyik” AÇIQLAMA

"NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanlığının rəhbəri general Filip Bridlavun ehtiyac olarsa Rusiyanın vurulacağı barədə bəyanatı heç də reallığı əks etdirmir". Bunu SİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov deyib.

Onun sözlərinə görə, hazırda biz NATO-nun bu bəyanata olan şərhini gözləməliyik: "Çünki bu, çox sərt bəyanatdır. Əgər biz NATO-nun tarixinə fikir versək, bu cür bəyanatlar çox nadir hallarda verilir. Beləcə, bunun arxasında hansısa təkliflər müşahidə olunmayıb. Ümumiyyətlə hərbi qarşıdurmanın gözlənilməsinə inanmıram. NATO ilə Rusiya arasında üst-üstə düşən bir sıra maraqlar var. Təbii ki, indiki vəziyyətdə fikir ayrılığı yarana bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə