Yunanıstan Avstriyadakı səfirini geri çağırır
Avstriya miqrant problemi ilə bağlı Balkan dövlətləri ilə görüş keçirərkən Yunanıstanı görüşə dəvət etməyib. SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Yunanıstan bu səbəbdən Avstriyadakı səfirini geri çağırıb.
Yunanıstan bu halı "soyuq akt" adlandırıb. Bu səbəbdən ölkə Avstriyadakı səfirini məsləhətləşmək məqsədilə geri çağırıb.
Qeyd edək ki, Avropa İttifaqı və Balkan xalqlarından olan nazirlər miqrant məsələsinin həlli ilə bağlı görüşüb. Belə ki, Avstriya, Serbiya və Makedoniya ölkədə yaşana biləcək miqrant böhranı ilə bağlı limit tətbiq edəcək. Buna görə də Yunanıstan ölkəyə daha çox miqrantın daxil olmasından ehtiyat edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB