Politoloq: ““Metsamor” AES region üçün təhlükəyə çevrilib” AÇIQLAMA

Politoloq: ““Metsamor” AES region üçün təhlükəyə çevrilib” AÇIQLAMA

"1976-cı ildə istifadəyə verilmiş Metsamor Atom Elektrik stansiyasının reaktorunun istifadə müddəti 2001-ci ildə başa çatmasına və qəza vəziyyətində olmasına baxmayaraq, hələ də Ermənistanın elektrik enerjisinə olan tələbatın 90 fazini ödəyir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

O bildirib ki, "Metsamor" atom elektrik stansiyasının fəaliyyəti nəinki Ermənistanın eləcədə bütün region ölkələri üçün təhlükəyə çevirilib: "Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100 km, İğdırdan isə 30 km uzaqlıqdadır. Bununla yanaşı stansiyanın tikilməsi zamanı ən uğursuz bir bölgənin seçilməsi də faktdır. Çünki, bu bölgə Ağrıdağ tektonik ərazisində yerləşir və böyük yeraltı təkanlara məruz qalır. Bu stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar həm BMT Baş katibinə, həm də beynəlxalq ekologiya və təbiəti mühafizə təşkilatlarına müraciətlər və tələblər göndərməsinə baxmayaraq , Ermənistan tərəfi bu stansiyanı bağlamaq haqda düşünmür".

Ermənistanın bugünkü iqtisadi durumunu nəzərə alsaq bu akt real görünmür: "Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Ermənistanın bütün enerji sektoru Rusiyanın mülkiyyətindədir. Əgər reaktorların dayandırılması qərara alınarsa o zaman bu ölkədə ya yeni energi mənbəyinin tikilməsi ya da kənardan enerji alınması məsuliyyəti Rusiyanın üzərinə düşəcək. Rusiyanın özünün çətin durumda olduğunu nəzərə alsaq, o zaman belə bir qənaətə gəlmək olar ki, bu stansiyanın bağlanması Rusiyanın maraqlarına cavab vermir. Ermənistanın enerji ehtiyaclarının bir qismini İran tərəfindən qarşılanmasına baxmayaraq, zəif infrastrukturlar səbəbindən yaxın 10-15 ildə Ermənistanın hələ də bu stansiyaya ehtiyacı olacağına şübhə yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə