Bəxtiyar Nəbiyev: “Gənclər siyasətini bizə bəxş edən Ulu Öndər yoluna daima sadiqik”

Bəxtiyar Nəbiyev: “Gənclər siyasətini bizə bəxş edən Ulu Öndər yoluna daima sadiqik”

"Bir neçə gün öncə Cənab Prezidentin gənclərin bir qrupunu qəbul edərək dəyərli tövsiyələrini verməsi onlara göstərdiyi böyük etimadın növbəti göstəricisi oldu". SİA xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayonu Gənclər Birliyinin sədri, tarix elmləri namizədi dosent Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir: "Biz gənclər sevinirik ki, ölkə başçımız tərəfindən daima diqqət və qayğı ilə əhatə olunmuşuq. Bu etimadı, göstərilən yüksək diqqət və qayğını doğrultmaq borcumuzdur. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi olaraq dövlətimizin yürütdüyü daxili və xarici siyasəti dəstəkləyirik. Hər zaman ölkə başçımızın yanındayıq. Gənclər siyasətini bizə bəxş edən Ulu Öndər yoluna hər zaman sadiq olacağıq".

Dünyada 200-dən çox müstəqil dövlət olsa da onlardan çox az qismində gənclər günü dövlət səviyyəsində rəsmi olaraq qeyd olunur: "Bu gün Azərbaycan dövləti tərəfindən gənclərə, gənclər təşkilatlarına layihələrini reallaşdırmaları üçün böyük dəstək var. Cənab Prezident tərəfindən gənclər siyasəti ilə bağlı bir neçə Dövlət Proqramları qəbul edilərək reallaşdırılıb və bu proses davam edir. Xüsusilə, gənclərin xaricdə təhsil almaları üçün dövlət tərəfindən böyük maliyyə vəsaitləri ayrılıb. Gənclər üçün geniş özünütəsdiq meydanı yaradılıb. Dünyada baş verən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycanın gələcəyi olan gənclərə öz qayğısını bir an belə əsirgəməyən ölkə başçımıza minnətdarlığımızı bildiririk".

Bu il Azərbaycan Gənclərinin I Forumundan 20 il ötür: "Mən özümü çox xoşbəxt hiss edirəm ki, o forumda iştirak etmişəm. Ulu Öndər həmin forumda gənclərə öz dəyərli tövsiyələrini verdi. Dahi şəxsiyyət bildirdi ki, Azərbaycanın sabahı gənclərimizdən asılıdır. "XXI əsr gəncləri siz olacaqsız və sizlər öz xalqınızı, dövlətinizi sevməlisiniz" deyən Ümummilli Liderimizin bu şüarı bizim hər birimizin beyninə həkk olunub. Biz də gənclərlə görüşlər keçirərkən onlara tövsiyə edirik ki, sizlər müstəqil Azərbaycanın qoruyucularısınız. Bu bizlərə Ulu Öndər tərəfindən ötürülmüş varislikdir".

Bütün xəbərlər Facebook səhifəmizdə