Aparat rəhbəri: “Pənah Hüseynin məsələyə yanaşması kökündən səhvdir” AÇIQLAMA
"Bu gün XXI əsrdə siyasi texnologiyalar kifayət qədər dəyişib. Dünyada çox mürəkkəb münasibətlər mövcuddur. Bu mürəkkəb münasibətlərdən baş açmaq üçün müasir siyasi proseslərin mahiyyətini, istiqamətini düzgün anlayan siyasətçilərə ehtiyac var". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli Pənah Hüseynin "müxalifətin iştirakı ilə "Xalq hərəkatı" yaradılmalıdır" fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, indiki siyasi prosesləri XX əsrin sonunda Azərbaycanda baş verən demokratikləşmə hərəkatı ilə qarışdırmaq olmaz: "Əgər siyasilər həmin texnologiyalardan istifadə etsə bu, Azərbaycanı fəalakətə apara bilər. Ona görə də güman edirəm ki, Pənah Hüseynin məsələyə bu cür yanaşması kökündən səhvdir. Burada "xalq hərəkatı", müqavimət forması və yaxud digər bu cür nüanslar heç də əhəmiyyətli ola bilməz. Bu mənada P.Hüseynin müxalifətin birliyindən danışması adekvat reaksiya deyil. Həmçinin bu cür təkliflər Azərbaycanda hər hansı bir müsbət siyasi, iqtisadi, mənəvi və digər sahələrin yaranması ilə nəticələnə bilməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB