İtaliya-İran əlaqələrində yeni dönəm

İtaliya-İran əlaqələrində yeni dönəm

İrana nüvə proqramı və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməmək üzrə tətbiq olunan embarqolar aradan qalxdıqdan sonra Qərb ölkələri arasında ilk səfərini İtaliyaya reallaşdıran İran prezidenti Həsən Ruhani, İtaliya Baş naziri Matteo Renzi ilə Romadanın tarixi Kapitolini muzeyində bir araya gəlib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, iki lider ölkələr arasında ticarət və iqtisadi əlaqələrdən söhbət açıb, bir sıra sahələrdə ikitərəfli əməkdaşlığa dair saziş imzalayıblar.

İmzalanan sazişlər - yüksək sürətli qatarın çəkilişi, səhiyyə və əczaçılıq, enerji və s. sahələrə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə