Emin Həsənli: “Üç ölkənin birliyi gələcəkdə daha da dərinləşəcək” AÇIQLAMA
"Bu gün Azərbaycan Türkiyə dövləti ilə çox sıx əməkdaşlıq edir. Biz bir millət, iki dövlətik. Hətta hərbi əməkdaşlığımız da getdikcə dərinləşib". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli deyib.
Onun sözlərinə görə, ötən il həm Türkiyə, həm də Azərbaycanda birgə hərbi təlimlər keçirildi: "Təbii ki, bu təlimlər dünyada sülhün, təhlükəsizliyin qorunmasına xidmət edir. Biz beynəlxalq aləmə inteqrasiyanı silahlı qüvvələr sarıdan müstəqilliyimiz dövründə Türkiyə üzərindən həyata keçirmişik. Bu gün artıq Azərbaycanın güclü ordusu var və qarşılıqlı əməkdaşlıq davam edir. Bu prosesə Qazaxıstan dövlətinin qoşulması da təbiidir. Çünki Qazaxıstan da türk dövlətidir. Azərbaycan bu proseslərdə mərkəz rolunu oynayır. Hesab edirəm ki, bu prosesin inkişafı regionda sülhə, təhlükəsizliyə töhvə verəcək. Üç ölkənin birliyi gələcəkdə daha da dərinləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB