Bahar Muradova: "Təxribat törətməyə cəhdə hüquqi qiymət verilməlidir"
"İnsanların sosial çətinliklərini ifadə etməsi qeyri-adi qarşılana bilməz. İnsanlar bu və ya digər problemlərini qaldıra, qanunla nəzərdə tutulmuş şəkildə onları ifadə edə və müvafiq qurumlara tələblərini çatdıra bilərlər". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Vitse spiker bildirib ki, insanları ittiham etmək olmaz: "Əgər kimlərsə məhz bu şəraitdən istifadə edərək öz qərəzli niyyətlərini həyata keçirmək üçün ictimai-siyasi durumu gərginləşdirmək, xalqla dövlət arasında münasibətlərə xələl gətirəcək çağırışları etmək, təxribatlar törətməyə cəhd edirlərsə, buna hüquqi qiymət verilməlidir. Azərbaycan dövlətinin bu məsələdə mövqeyi qəti və aydındır. Vətəndaşların fikirləri dinlənilməli, onların sosial problemləri həll olunmalıdır. Buna mane olanlar isə öz hüquqi qiymətini alacaqlar. Xalqın da dövlətin də münasibəti belədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB