Politoloq: "Ermənistan Rusiyanın istənilən tələbini yerinə yetirməyə məcburdur" AÇIQLAMA

Politoloq: "Ermənistan Rusiyanın istənilən tələbini yerinə yetirməyə məcburdur" AÇIQLAMA

""Stratfor" mərkəzi əsasən kəşfiyyat məlumatlarının araşdırmaçısı kimi öz proqnozlarında da bu məlumatlara istinadən belə bəyanat verir. Məlumdur ki, Rusiya-Türkiyə qarşıdurması öz pik həddinə çatmaqdadır və bundan da daha çox həm siyasi, həm də iqtisadi baxımdan Rusiya itirir". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, Türkiyə NATO-nun üzvüdür və hər tərəfli maddi və hərbi yardım alır: "Hətta miqrantlara görə də Qərb onlara köməklik edir. Bundan başqa təbii ki, ABŞ-ın təklifi ilə Səudiyyə Ərəbistanı da Türkiyəyə 600 milyardlıq yatırımla köməklik göstərəcəkdir. Barak Obama öz çıxışında da dedi ki, Rusiya bu gün istər Suriyada, istərsə də Ukraynada öz nüfuzunu itirir. Bu gün Rusiyanın təsir dairəsində qalan əsas münaqişə ocağı özünün də iştirakı ilə yaradılan Dağlıq Qarabağ münaqişəsidir. Dəfələrlə yeddi rayonun qaytarılması ilə bağlı bəyanatlar verən Rusiya bir daha bu münaqişəin həllində açar fiqurlardan biri olduğunu biruzə verir. Məlumdur ki, forpost olaraq Ermənistan Rusiyanın istənilən tələbini yerinə yetirməyə məcburdur. Qərb isə bu regionda ,əsasən də Azərbaycanda meqalayihələrin həyata keçirilməsi üçün münaqişənin həllində maraqlıdır. Buna görə dolayı yolla Rusiyaya bunu ismarıc edir ki, bu münaqişə öz həllini tapsın və bunun müqabilində Rusiyaya da müəyyən güzəştlər edilsin. Həmsədrlərin bu məqsədlə Londona məsləhətləşməyə dəvət edilməsi də düşünürəm ki,bu planın tərkib hissəsidir. Yəni Qərb üçün əsas məsələ regionda öz maraqları naminə stabilliyin yaradılmasıdır. Bu da Ermənistanın təhlükəsizliyinə zəmin verən amildir. Bir sözlə iqtisadi maraqları naminə siyasi prosesləri həyata keçirməyə çalışan Qərb , Rusiya ilə bu məsələdə müəyyən anlaşmaya getməyə önəm verir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə