Aytən Mustafayeva: “İran Azərbaycana qarşı soyuqluq nümayiş etdirir” AÇIQLAMA

Aytən Mustafayeva: “İran Azərbaycana qarşı soyuqluq nümayiş etdirir” AÇIQLAMA

"Son zamanlar İranın Azərbaycana qarşı başqa mövqedə olması çox təəccüb doğurur. Çünki hər iki ölkə arasında qarşılıqlı münasibətlər mövcuddur. Amma Nardaran hadisələrində biz İran siyasətçilərinin və parlamentinin nümayəndələrinin aqressiv çıxışlarını gördük. İndi isə İranın "Səhər" kanalının Azərbaycanla bağlı təxribatları heç cürə qəbuledilməzdir". Bunu SİA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva deyib.

Onun sözlərinə görə, İran Azərbaycan dövləti ilə münasibətlərinin soyuqlaşmasını heç cür istəməz: "Amma real addımlarda onlar Azərbaycana qarşı soyuqluq nümayiş etdirirlər. Düşünmürəm ki, bu, bizim dövlətlərimizin qarşılıqlı münasibətlərinə yaxşı təsir göstərəcək. Azərbaycan və İranı tək sərhəd birləşdirmir. Bizim xalqlarımız da həmişə qonşu, dost xalqlar olub. Bizim gələcək iqtisadi əməkdaşlığımız planlaşdırılmaqdadır. Buna misal olaraq, "İpək Yolu" layihəsini göstərə bilərik və s. Hansı ki, bu İran dövləti, xalqı üçün də böyük əhəmiyyət kəsb edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə