Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə göstərdiyi ali diqqət və qayğı nəticəsində ölkəmizin sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi prosesi müvəffəqiyyətlə davam etdirilir, müasir tələblərə cavab verən yeni sərhəd məntəqələri tikilib istifadəyə verilir, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılır. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, dekabr ayının 19-da Xudat Sərhəd Dəstəsində yeni inşa olunmuş "Samur" sərhəd zastavası kompleksinin xidməti istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin növbəti təzahürü olub.
Yeni sərhəd zastavası kompleksinin açılış mərasimində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradılmasinı qeyd edib, Azərbaycan sərhədçisinin dövlətçiliyimizin və sərhədlərimizin keşiyində ayıq-sayıq dayandığını, Dövlət Sərhəd Xidmətinin bütün şəxsi heyəti üçün cənab Ali Baş Komandanın göstərişlərini icra etməyin böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.
Mərasimdə iştirak edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, "Azərsun-Holdinq"in idarə heyətinin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Хidmətinin nümayəndələri sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıblar.
Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı qeyd edilib. Yeni sərhəd zastavası komпleksinin "Azərsun Holdinq" tərəfindən qısa müddət ərzində və yüksək keyfiyyətlə tikilərək хidməti istifadəyə verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin təşkilinə rəğbətin rəmzi və yeni il hədiyyəsi kimi qiymətləndirilmiş, holdinqin kollektivinə minnətdarlıq ifadə olunub.
Xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltifləndirilib.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib. Sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Ən müasir tələblərə cavab verən yataqxana, yeməkxana, istirahət guşəsi, idman zalı, kinozal, təlim şəhərciyi, xüsusi təyinatlı otaqlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana sərhədçilərin istifadəsinə verilib. Sərhəd zastavası kompleksindəki yüksək xidmət və məişət şəraiti dövlət sərhədlərimizin qorunmasını təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB