Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dekabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək. Milli Məclisdən SİA-ya veril\n xəbərə görə, Millət vəkili Rusiya Dövlət Dumasında həmkarları ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan və Rusiya parlamentləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik sahəsində informasiya, təcrübə mübadiləsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunacaq.
Səfər dekabrın 20-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB