"İraq bilərəkdən Türkiyə ilə münasibətləri gərginləşdirir" Açıqlama
"İraq Rusiyanın diqqətini çəkmək üçün də Türkiyə ilə münasibətləri gərginləşdirə bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Mübariz Əhmədoğlu İraqın Mosula yerləşdirilən türk əsgərləri ilə bağlı rəsmi Ankaraya etirazını şərh edərkən deyib.
O bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya müraciət etdikdən sonra İraqın da Rusiyaya müraciət edəcəyi haqda məlumatlar yayıldı və belə bir şəraitdə bir çox dövlətin Türkiyədən çox Rusiyaya inamı artdı: "Bu gün Rusiya Suriya ərazisində aktiv hərbi əməliyyatlar aparır və onun bu ərazidəki iştirakı real nəticələr yaradır. Rusiyanın İŞİD-ə qarşı apardığı mübarizə Yaxın Şərq dövlətləri tərəfindən simpatiya ilə qarşılanır".
İraq hökumətinin Mosula yerləşdirilən türk əsgərləri ilə bağlı rəsmi Ankaraya etiraz etməsini şərh edən Mübariz Əhmədoğlu vurğulayıb ki, İraq özü bilərəkdən də Türkiyə ilə münasibətləri gərginləşdirə bilər: "İraq Rusiyanın diqqətini çəkmək üçün də Türkiyə ilə münasibətləri gərginləşdirə bilər. Hətta bu məsələdə ABŞ belə Türkiyəni lazımı səviyyədə dəstəkləmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB