Kim Çen In: “Bizim nəinki atom bombamız var, hətta…”

Kim Çen In: “Bizim nəinki atom bombamız var, hətta…”

Şimali Koreyanın lideri Kim Çen In bəyan edib ki, hazırda Koreya Xalq Demokratik Respublikası (KXDR) nüvə dövləti olaraq, hər an öz suverenliyini qorumaq iqtidarındadır. SİA Koreyanın mətbu mənbələrinə istinadən xəbər verir ki, bu barədə o ölkəsinin silahlı qüvvələrində inspeksiya yoxlamaları apararkən bəyan edib. KXDR rəhbəri bildirib ki, artıq Şimali Koreya çox güclü və hərbi qüdrətə malik olan nüvə dövlətinə çevrilib: "Bizim nəinki atom bombamız var, hətta neytron və s. başlıqlı bombalarımız da var ki, bununla ölkəmizin suverenliyini qorumağa, müdafiə etməyə qadirik".

Qeyd edək ki, bundan öncə KXDR üç dəfə atom bombasını sınaqdan keçirib.

Con Hopkins elmi-araşdırma institunda birgə fəaliyyət göstərən Amerika və Cənubi Koreya ekspertləri isə daha bir maraqdoğurucu açıqlama ilə çıxış edərək bildiriblər ki, onların peyk vasitəsilə əldə etdikləri rəsmlərdə KXDR-də komsmodrom tikintisinin aparılması müşahidə olunub. Belə nəticəyə gəlinib ki, artıq bu ölkədə "Söxe" kosmodromunun modernləşdirilməsi prosesi yekunlaşmaq üzrədir. Kosmodrom fəaliyyətə hazır olduqdan sonra, şimallılar kosmosa reket və peyklər buraxmağa başlayacaqlar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə