“Avrasiya Gündəliyi” portalının təqdimat mərasimi keçirilir YENİLƏNİR

“Avrasiya Gündəliyi” portalının təqdimat mərasimi keçirilir YENİLƏNİR

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Avrasiya Media Şəbəkəsi yanında təsis olunan "Avrasiya Gündəliyi" beynəlxalq analitik informasiya portalının təqdimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, beş dildə - ingilis, rus, türk, ərəb və Azərbaycan dillərində fəaliyyət göstərəcək portalda regional və beynəlxalq aləmdə maraq doğuran məsələlərə dair dünyanın aparıcı ekspertlərinin rəyləri yer alacaq. Təqdimat mərasimində Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri, portalın təsisçisi Umud Rəhimoğlu, informasiya portalının baş redaktoru Malik Ayub Sumbal, büro üzvləri, ölkənin qəzet baş redaktorları və kütləvi informasiya vasitələri iştirak edib. "Avrasiya Gündəliyi" beynəlxalq analitik informasiya portalının təsisçisi Umud Rəhimoğlu diqqətə çatdırıb ki, bu sayt ümumilikdә qlobal, xüsusәn isә regional münaqişәlәrin sülh yolu ilә hәll edilmәsi istiqamәtindә fikirlәrin formalaşdırılması mәqsәdilә fəaliyyət göstərəcək: "Dünya ölkәlәri çoxlu sayda hәll olunması vacib olan sosial, iqtisadi, siyasi, vә s. etnik münaqişәlәrlә üzlәşirlәr. Yalnız bu münaqişәlәr hәll olunduqdan sonra insanlar qorxusuz vә tәhlükәsiz sülh dolu bir hәyat yaşaya bilәr. Əfsus ki, regional münaqişәlәr әsrindә insanlara bütün bu toqquşmalar barәsindә obyektiv mәlumat verilmәyib. Bәzi media orqanları bu cür münaqişәlәrә qәrәzli münasibәt göstәrmiş vә hәr hansı mәnbәdәn gәlmәsindәn asılı olmayaraq informasiyalar şәxsi maraqları әks etdirirlәr". Umud Mirzəyev deyib ki, "Avrasiya Gündәliyi" insalar arasındakı obyektiv mәlumat qıtlığını azaltmaq üçün irәli sürülәn bir tәşәbbüsdür: "Münaqişәlәr vә mübahisәlәr barәdә reallığın әsl mәnzәrәsini dünyaya çatdırmaq mәqsәdilә insanların sәslәrini eşitdirmәk üçün mәqsәdyönlü bir mübarizә yoludur. Avrasiya Gündәliyi bütün bu mәsәlәlәri diqqәt mәrkәzinә gәtirmәk üçün bir platformadır. Biz Mәtbuat Azadlığı vә Söz Azadlığına inanırıq vә regionda sülhün tәşviqatçısıyıq. İnsan haqqları vә insani dәyәrlәrin mәşәl daşıyısısı olaraq biz bu portal vasitәsilә mәşәlimizi hәr yerdә alovlandırmaq istәyirik. Avrasiya Gündәliyi sülhdolu bir dünyada cәmiyyәtlәrin inkişaf etmәsinә vә tәrәqqisinә dair insanlar arasında maariflәndirmә aparılmasında әhәmiyyәtli rol oynayacaq". Tədbirdə digər çıxış edənlər də diqqətə çatdırıblar ki, "Avrasiya Gündəliyi" – beynəlxalq analitik informasiya portalı Avrasiya və ona yaxın olan ərazilərdə, post-Sovet məkanında baş verən hadisələrin, münaqişələrin və bütövlükdə dünyanı narahat edən gündəmdə olan problemlərin müzakirə müstəvisidir

Bütün xəbərlər Facebook səhifəmizdə