Ukrayna da hava məkanını Rusiya təyyarələrinin üzünə bağladı CAVAB ADDIMI
Ukraynanın nazirlə kabineti Rusiya aviaşirkətlərinə aid bütün tranzit təyyarələrinin üzünə hava məkanının bağlanması qərarını qəbul edib. SİA xəbər verir ki, bu barədə "rosbalt" agentliyi məlumat yayıb. Məlumata görə, bu barədə xəbəri Ukraynanın baş naziri Arseniy Yatsenyuk da təsdiq edib.
"Daha öncə hərbi təyinatlı təyyarələr barədə belə bir qərar qəbul edilsə də, indi mülki təyyarələr haqqında da eyni qərar qəbul edilib" -deyə bildirən ukraynalı baş nazir artıq bununla bağlı Ukraynanın infrastruktur Nazirliyinə də müraciət etdiyini deyib.
Qeyd edək ki, bu ilin sentyabrında rəsmi Kiyev Rusiya aviaşirkətlərinə qarşı sanksiya çıxarmışdı. Rusiya isə oktyabrın 25-də simmetrik addımlara gedərək, iki ölkə arasında aviaməlumatların tamamilə dayandırılması barədə qərar qəbul etmişdi. Eyni zamanda, məlum olub ki, bu gündən etibarən Rusiya kömürünün Ukraynaya göndərilməsi prosesinə də son qoyulub. Bu qərarın isə Ukraynanın Krıma verilən elektrik enerjisini kəsməsi ilə bağlı olduğu bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB