Arzu Nağıyev: “NATO-Rusiya münasibətləri gərginləşə bilər” AÇIQLAMA

Arzu Nağıyev: “NATO-Rusiya münasibətləri gərginləşə bilər” AÇIQLAMA

"Burada söhbət tək Türkiyə -Rusiya münasibətindən getmir. Əsas problem NATO-Rusiya arasında yarana bilər". Bu fikirləri SİA-ya Rusiyaya məxsus təyyarənin türk qırıcıları tərəfindən vurulmasından sonar iki dövlət arasındakı münasibətlərin necə olacağı ilə bağlı açıqlamasında politoloq Arzu Nağıyev deyib.

Politoloq bildirib ki, təyyarə Suriya-Türkiyə sərhəddində türkmənlər yaşayan ərazini bombalayan vaxt bir neçə xəbərdarlıqdan sonra vurulub: "Eyni zamanda həmin ərazidə Bəşər Əsədin verdiyi koordinatlarla Rusiya öz raketləri vasitəsilə hədəf seçib və Türkiyə də Rusiyanın səfirinə nota ilə xəbərdarlıq edib. Burada Bəşər Əsədin məqsədlərindən biri guya sərhədin bağlanması olub, lakin əsas məqsəd isə məhz Rusiya ilə Türkiyənin arasını gərginləşdirməkdən ibarətdir. Təbii ki, Rusiya və Türkiyə həm də iqtisadi portnyor kimi qalacaqlar ancaq artıq bu proseslər gecikəcək və müvafiq narazılıqlara əsasən araşdırmalar aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə