Elçin Mirzəbəyli: “Müxalifəti heç “super kley”lə də yapışdırmaq olmaz” AÇIQLAMA
"Hesab edirəm ki, Pənah Hüseyn müxalifət birliyinin lideri ola bilməz, o sadəcə olaraq hansısa qrupun lideri ola bilər. Bu gün onun Azərbaycan müxalifətinə liderlik etmək potensialı yoxdur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.
BAXCP rəsmisinin sözlərinə görə, Pənah Hüseynin qısa müddətdə hakimiyyətdə təmsilçiliyi dövründə biz onun hansı idarəçilik keyfiyyətlərinə malik olduğunun şahidi olmuşuq: "Bu baxımdan müxalifət birliyinin yaradılması və Pənah Hüseynin liderliyi real olmayan məsələ deyil. Bu şəxsin özü haqqında bu qədər yüksək fikirdə olması da ən azından qeyri-təcavüzkarlıq kimi dəyərləndirilməlidir. Bu gün Azərbaycan müxalifətinin, radikal düşərgənin durumu elədir ki, onları heç "super kley"lə də yapışdırmaq olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB