"Dünyada gedən proseslər bir daha göstərdi ki, hər bir güclü iqtidarın sağlam müxalifətə ehtiyacı var". Bu fikirləri SİA-ya Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının sədri, media üzrə ekspert Səbuhi Abbasov deyib.
QHT rəhbəri bildirib ki, təəssüflər olsun ki, bu və bu kimi təşkilatlar özfəaliyyətdən kənara çıxmaq iqtidarında deyillər: "AXCP, YAXCP, MAXCP və ya nə olursa olsun başında Əli Kərimli kimi xarici kəşfiyyata işləyən bürokratik rəhbər durursa orda demokratik proseslərdən danışmaq əbəsdir. Bu təşkilatlar adətən ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlər və yaxud da ölkənin ictimai-siyası həyatında vacib olan proseslərdə aktivləşirlər. Bu da bir daha onu sübüt edir ki, bu təşkilatlara bəlli bir səbəbə görə xaricdən maliyyə ayrılır".
Ölkə mediasında hansı AXCP-nin tanınması məsələsi ilə bağlı ekspert qeyd edib ki, Azərbaycanda mətbuat azaddır və bu mənada seçim də bilavasitə redaksiyanın öz üzərinə düşür: "Burda abunə-əməkdaşlıq qarşılığında partiyanın məlumatlarının dərc edilməsi məsələsi də aktualdır. Lakin son proseslər onu göstərir ki, ölkədə fəaliyyət göstərən əsas ciddi media qurumları reklam qarşılığında olsa belə özünü əsl AXCP sədri adlandıran Əli Kərimli cəbhəsinin məlumatlarını dərc etməkdə maraqlı deyillər. Bu mənada onlar ancaq xaricdə maliyyələşən və ölkəmizə qarşı aparılan qara piar kampaniyasının əsas iştirakçıları ilə əməkdaşlıq etmək məcburiyyətindədirlər. Bura Meydan TV, Azadlıq radiosu, "Azadlıq" qəzeti aiddir. Lakin Razi Nurullayevin məsələyə peşəkarcasına yanaşması mediaya da təsir edib. Belə ki o bir çox media qurumları ilə artıq əməkdaşlıq etmək haqqında razılığa gəliblər. Bu da tam normal bir şeydi. Sadəcə media qurumları bilməlidirlər ki, ölkənin milli-maraqlar hər şeydən öndədir. Və bu faktoru fəaliyyətlərinin əsas hisssəsinə çevirməlidirlər"
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB