Politoloq: “Fransadakı terrorun ilk təsiri miqrant siyasətində özünü birüzə verəcəkdir” AÇIQLAMA

Politoloq: “Fransadakı terrorun ilk təsiri miqrant siyasətində özünü birüzə verəcəkdir” AÇIQLAMA

"Parisdəki partlayışların ilk təsiri Avropanın miqrant siyasətində özünü birüzə verəcəkdir. Başqa bir sözlə daha əvvəl miqrantların gəlişinə isti baxmayan Avropa, bundan sonra miqrantların ölkəyə girişini daha da çətinləşdirəcək". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Politoloqun fikrincə əgər Süriyadakı müharibənin və miqrasiyanın qarşısı alınmazsa, Avropa ölkələrinin yenə də böyük bir seçimi yoxdur: "Belə ki, 1951-ci il tarixli BMT Qaçqınlar haqqında Konvensiyanın 32-ci maddəsinə görə, fiziki yoxedilmə təhlükəsi ilə müharibə ölkəsindən qaçmış qaçqın deportasiya edilə bilmir. Burada yalnız bir istisna var. O da həmin qaçqının milli təhlükəsizlik və asayiş üçün problem yaratmasıdır. Bu zaman qanun konkret şəxsləri ölkədən çıxarmağa icazə verir, amma miqrantlar haqqında kütləvi qərar verilə bilmir. Düşünürəm ki, bu işin ən doğru həlli Süriyada müharibəni bitirmək və insanlar üçün təhlükəsiz bir şərait yaratmaqdır".

Fərhad Mehdiyev Fransada baş verən terrordan sonra Fransanın baş naziri Manuel Vallsın radikal təbliğat aparan məscidlərin bağlanması üçün fəaliyyətə keçəcəklərini bəyan etməsinə də münasibət bildirib. Politoloq bu məsələdə iki sualın meydana çıxdığını və hər ikisinin də cavabında "yox" olduğunu qeyd edib. Onun sözlərinə görə, birincisi Fransa sərhədlərini bağlamayacaqdır, bu müvəqqətidir: "Çünki Fransa tək başına bu qərarı ala bilməz. İkincisi isə Fransa Süriyada quru əməliyyatlarına başlamayacaqdır. Bununla bağlı artıq Antalya sammitində fikirlər səsləndirilib".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə