Türkiyə prezidentinin Barak Obama ilə görüşü başa çatıb

Türkiyə prezidentinin Barak Obama ilə görüşü başa çatıb

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə görüşü başa çatıb. SİA-nən Türkiyə mətbuatına istinadən Antalyada keçirilən G-20 sammiti çərçivəsində görüş mətbuata bağlı olub və bir saat davam edib.

Görüşdə Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlu, Maliyyə naziri Məmməd Şimşək, AK Partiyanın İzmirdən olan millət vəkili Binali Yıldırım, İstanbuldan olan millət vəkili Berat Albayrak, Prezidentin Baş katibin müavini İbrahim Qalın və Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç iştirak edib.

Amerika tərəfindən isə ABŞ xarici işlər naziri Con Kerri, Ağ Ev-in Milli Təhlükəsizlik müşaviri, ABŞ-ın Ankaradakı səfiri və digər səlahiyyətli şəxslər qatılıb.

Türkiyə prezidenti R.T.Ərdoğanın və ABŞ prezidenti Barak Obamanın qısa müddətdə mətbuata açıqlama verməsi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə