Şəmkir, Samux və Göygöl rayonlarında 12 noyabr - Konstitusiya Günü münasibətilə elmi-nəzəri konfrans təşkil olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, Şəmkir rayonunda 12 noyabr - Konstitusiya Günü münasibətilə Heydər Əliyev Mərkəzində "dəyirmi masa" təşkil olunub. Yerli özünü idarəetməorqanları əməkdaşlarının, məhkəmə işçilərinin və tanınmış tarixçilərin iştirak etdiyi tədbirdə Azərbaycan Konstitusiyasının qəbul olunması ilə əldə olunan uğurlardan geniş bəhs edilib.

Qeyd olunub ki, bu gün Azərbaycan əsl demokratik ölkəyə çevrilib. Bunun nəticəsidir ki, ölkəmiz genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibiliyi etməklə dünya birliyinin nüfuzlu və etibarlı üzvünə çevrilib.

Samuxda təşkil olunan "dəyirmi masa"da çıxış edənlər 20 il əvvələ nəzər yetirərək tarixi günün yaranmasından danışıblar. Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində 1995-ci ilin noyabr ayının 12-də referendum yolu ilə qəbul edilib. Çıxışlarda əminliklə vurğulanıb ki, bu gün Konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı etibarlı əllərdədir.

Göygöl rayonunda da 12 noyabr Konstitusiya Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə bildirilib ki, ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu və ümumi bəşər dəyərləri özündə əks etdirən bu sənəd hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurur.

İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB