Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətinə baxılıb. İ.Ağazadə şikayətində seçki dairəsinin 17, 18 və 26-cı məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş edib.
Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, müraciət hazırda qüvvədə olan qaydaların pozulması ilə MSK-ya daxil olub. Ona görə də MSK müraciətə baxılması üçün DSK-ya göndərib.
Xatırladaq ki, Azərbaycan Respublikasında 1 noyabr 2015-ci il tarixində Milli Məclisə 5-ci çağırış seçkilər keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB