Aydın Mirzəzadə: “İqtidarın qapıları siyasi qüvvələri üçün açıqdır” AÇIQLAMA

Aydın Mirzəzadə: “İqtidarın qapıları siyasi qüvvələri üçün açıqdır” AÇIQLAMA

"İqtidarın qapıları həmişə cəmiyyətin təbəqələri, o cümlədən siyasi qüvvələri üçün açıqdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə iqtidar-müxalifətin növbəti görüşü haqqında fikirlərini bildirərkən deyib.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan iqtidarı daima müəyyən məsələlər üzrə fikir mübadiləsi aparmaq üçün həm iqtidaryönlü, həm də müxalifyönlü siyasi qüvvələrlə mütəmadi olaraq ünsiyyətdə olub və onların fikirləri iqtidar üçün əhəmiyyətli olub: "Vaxtaşırı, o cümlədən birbaşa canlı dialoqun aparılması yollarından da istifadə edilib. Məhz iqtidarın təşəbbüsü ilə dəyirmi masalar, görüşlər və hansısa məsələlərin müzakirəsi gündəlikdə olub. 2015-ci il seçki ili olduğuna görə hər bir siyasi qüvvə ilk növbədə özünün siyasi təbliğatı, seçkilərdə iştirak məsələləri ilə məşğul olub. Hal-hazırda parlament seçkiləri başa çatıb. Bundan sonra əlbəttə ki, dəyirmi masalalar və ayrı-ayrı mövzular müzakirəsi mümkün olan məsələdir. Bu məsələyə iqtidar daima müsbət münasibət bildirib. İqtidar-müxalifət görüşünün konkret vaxtına və mövzusuna gəldikdə isə bu artıq texniki məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə