"Azərbaycanda keçirilən parlament seçkilərinin şəffaf, azad və ədalətli olduğunu düşünürəm". Bu sözləri Secki-2015.az saytına açıqlamasında britaniyalı müşahidəçi Maykl Hankok deyib.
Müşahidə missiyasına yaxından bələd olduğunu, Avropa Şurası və BMT-nin missiyalarında iştirak etdiyini, bu sahədə kifayət qədər təcrübəsinin olduğunu vurğulayan M.Hankok bildirib ki, Azərbaycanda seçki sistemi yüksək səviyyədədir. O vurğulayıb ki, qadınların seçkilərdə iştirakı təqdirəlayiqdir. Onlar həm seçici, həm də müşahidəçi kimi seçkilərin vacib tərkib hissəsini təşkil edirlər. Azərbaycan xalqı istədiyi seçki nəticəsinin şahidi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB