Malayziyalı müşahidəçi: “Səsvermənin gedişində qanun pozuntuları aşkar etmədik”

Malayziyalı müşahidəçi: “Səsvermənin gedişində qanun pozuntuları aşkar etmədik”

Azərbaycan Milli Məclisinə seçkilər üzrə Malayziya müşahidə missiyasının rəhbəri Sulalman bin Naravi Bakı şəhəri, Nəsimi ikinci seçki dairəsinin 22 nömrəli seçki məntəqəsində müşahidələri barədə fikrini bölüşüb. O, ölkəmizdə keçirilən beşinci parlament seçkilərinə dəvət edilməsinə görə Azərbaycana, o cümlədən Mərkəzi Seçki Komissiyasına təşəkkürünü bildirib.

Sulalman bin Naravi deyib: "Biz beş seçki məntəqəsində olduq. Səsvermənin gedişində hər hansı problem və qanunvericilik tələblərinin pozulması hallarını müşahidə etmədik. İnsanlar böyük ruh yüksəkliyi ilə məntəqələrə gəlir, istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Səsvermə prosesinin şəffaflığı təmin edilib".

Xarici müşahidəçi bildirib ki, Azərbaycan MSK bu seçkilərin layiqli səviyyədə keçirilməsini təşkil edib.

Onun sözlərinə görə, Malayziya nümayəndə heyəti artıq üç gündür ki, Bakıdadır. Bin Naravi xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayaraq deyib ki, burada xeyirxah və üzügülər insanlar yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə