Parlament seçkiləri ilə əlaqədar Ağdaş rayonundakı seçki məntəqələrinin qarşısında "exit-poll" təşkil olunub. SİA-nın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən 89 saylı Göyçay-Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş rayonunun Yuxarı Qəsil kəndindəki 25 saylı və Şor Dəhnə kəndindəki 33 saylı seçki məntəqəsində, 90 saylı Ağdaş DSK-nın əhatə etdiyi Ağdaş şəhər S.Vurğun adına məktəbdəki 5 saylı, Qaradağlı kəndindəki 20 saylı və Pirəzə kəndindəki 37 saylı seçki məntəqələrində "exit-poll" keçirilir.
90 saylı Ağdaş seçki dairəsi üzrə 40 seçki məntəqəsində seçicilərin ümumi sayı 39 min 994 nəfərdir. Məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 451 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi 12 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Dairə üzrə səsvermənin gedişini 466 nəfər yerli müşahidəçi izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB