"Sabah Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar bir neçə təşkilat "exit-poll" həyata keçirəcək". SİA-nın məlumatına görə, bunu bugün keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, "exit-poll" seçkilərdə geniş istifadə olunan praktikadır: "Sabah səhər 07:30-dan sonra məntəqələrdə canlanma baş verəcək. Seçkilərə axşam saat 19:00-da yekun vurulacaq. Bundan sonra seçki qutuları açılaraq bülletenlərin sayılması prosesi həyata keçiriləcək. Məntəqədə hamı çalışsın ki, qayda-qanuna riayət edilsin. Biz müşahidəçilərlə maarifləndirmə işi həyata keçiririk. Yoxsa, bəzən halda görülür ki, müşahidəçi məntəqə seçki komissiyasının işinə müdaxilə edir. Öz hüquqlarını aşan hərəkətlər olmamalıdır. Bizə daxil olan müraciətlərin özü belə əvvəlkilərdən fərqlənir. Milyonlarla seçimiz, on minlərlə müşahidəçimiz və xeyli sayda kütləvi informasiya vasitələrimiz var. Sabah KİV-lər üçün iş baxımından məsuliyyətli və çətin bir gün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB