AA: "Azərbaycanda azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur"
Azərbaycandakı seçki prosesi Türkiyə mətbuatının da diqqət mərkəzindədir. Seçki-2015.az saytı xəbər verir ki, Anadolu agentliyi seçki prosesi barədə hazırladığı materialda bir çox təşkilata istinad edib. Agentlik qeyd edir ki, ölkədə azad, ədalətli və şəffaf seçki mühiti mövcuddur. Mərkəzi Seçki Komissiyası bütün yerli və xarici mətbuata seçki prosesini izləmək üçün geniş imkanlar yaradıb. Eyni vəziyyət müşahidəçilərə də aiddir.
Agentlik bildirir ki, namizədlərin qeydiyyatı, imzatoplama və təbliğat kampaniyaları dövründə xoşagəlməz hallar qeydə alınmayıb.
Anadolu agentliyinin bu xəbərini Türkiyənin əksər qəzetləri də yayıb.
Bundan başqa, Türkiyənin televiziya kanalları da seçkilərə geniş yer ayırıb. TRT kanalı Seçki Monitorinq Koalisiyasının keçirdiyi mətbuat konfransı barədə süjet hazırlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB