Bu gün 20 saylı Nərimanov II Seçki Dairəsindən deputatlığa namizəd Adil Əliyev seçicilərlə növbəti görüşünü keçirib. SİA-nın məlumatına görə, namizəd bu dəfəki görüşünü 20 saylı Nərimanov II Seçki Dairəsinin ərazisində yaşayan rus əsilli seçicilərə həsr edib. Veteranlar Şurasında keçirilən görüşü açıq elan edən Şuranın sədri, istefada olan general-mayor Dadaş Rzayev A. Əliyevin hər zaman Nərimanov ərazisində yaşayan və milliyyətindən asılı olmayaraq, daim seçicilərinin yanında olduğunu diqqətə çatdırıb. Adil Əliyev bütün seçicilərinin problemlərini daim diqqətdə saxlayır, onlara əlindən gələni əsirgəmir. A. Əliyev çıxışında ilk öncə görüşü təşkil etdikləri üçün Dadaş Rzayevə öz təşəkkürünü bildirib. Millət vəkilliyinə namizəd qeyd edib ki, ölkədə bütün milli azlıqlar üçün hər cür şərait və imkan yaradılıb: "Ölkə prezidenti milliyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının qayğısına qalır. Biz də öz növbəmizdə insanlara qayğı ilə yanaşmalı, onların yanında olmalıyıq. Xüsusilə vurğulamaq yerinə düşər ki, bütün seçkilərdə olduğu kimi parlament seçkiləri ərəfəsində də gedən bütün proseslərdə Nərimanov rayonu ərazisində yaşayan rus əsilli sakinlər seçkidə fəal iştirak edirlər. İnanıram ki, bu seçkilərdə də sizlər öz dəstəyinizi əsirgəməyəcəksiniz, layiq bildiyiniz namizədə səsinizi verəcəksiniz". Çıxış edən sakinlər A. Əliyevin gördüyü işlərdən söhbət açıblar, namizədə seçkilərdə dəstək olacaqlarını bəyan ediblər. Sonda Adil Əliyev seçiciləri maraqlandıran sualları cavablandırıb, xatirə şəkli çəkdirib" 
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB