MSK sədri: “Fiziki imkanları məhdud olanlar üçün şərait yaradılmalıdır” YENİLƏNİB
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan edib və daha sonra Azərbaycan Respublikası MSK-nın 16 oktyabr və 17 oktyabr 2015-ci il tarixli iclas prtokolları səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.
MSK sədri Məzahir Pənahov bildirib ki, seçki məntəqələrində əlil insanlar üçün panduslar quraşdırılmalıdır: "Əvvəlcə əlil insanların siyahısı dəqiqləşdirilməlidir. Onların seçki məntəqələrində səs vermələri üçün məntəqələr panduslarla təmin edilməlidir. Bütün məntəqələr əlil seçicilərin səsvermələri üçün tam hazır olmalıdır. Çünki bəzən onlar özləri seçki məntəqəsinə gəlib səs vermək istəyir. Ona görə də fiziki imkanları məhdud olanlar üçün şərait yaradılmalıdır".
Daha sonra MSK katibi Arifə Muxtarova tərəfindən 2015-ci il noyabrın 1-nə təyin olunmuş Mili Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verilib.
21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən Günel Səfərova MSK-ya müraciət edərək özünə məşvərətçi səs hüquqlu üzv təyin edə bilməməsi ilə bağlı DSK-nın qərarından şikayət edib. Müzakirələrin yekununda MSK DSK-nın qərarının qüvvədə saxlanılması ilə bağlı qərar verib.
77 saylı Astara seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Tarix Əliyevin qeydiyyatla bağlı MSK-ya etdiyi müraciətə baxılıb və təmin edilməyib.
"Azadlıq-2015" seçki blokundan 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyi irəli sürülən hüquq müdafiəçisi Aytəkin İmranovanın qeydə alınmamaqla bağlı DSK-nın qərarından MSK-ya şikayət edib. MSK şikayəti təmin etməyib. Onun təqdim etdiyi imzalardan bir hissəsinin etibarsız olduğu bildirilib.
Sonda cari məsələlərə baxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB