“Veb-kamera"ların quraşdırılacağı dairə və məntəqələrin siyahısı təsdiq olunub.

“Veb-kamera"ların quraşdırılacağı dairə və məntəqələrin siyahısı təsdiq olunub.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında noyabrın 1-də keçiriləcək parlament seçkilərində səsvermə prosesində seçki məntəqələrində "veb-kamera"lardan istifadə müzakirə olunub. SİA-nın xəbərinə görə, bu barədə iclasda MSK sədrinin müavini Natiq Məmmədov məlumat verib.

Natiq Məmmədov qeyd edib ki, 2008-ci ildən "veb-kamera"ların quraşdırılmasına başlanılıb: "Əvvəlcə 500 seçki məntəqəsinə belə kameralar quraşdırılmışdı. İndi isə 119 seçki dairəsində, 1 000 seçki məntəqəsində kameralar quraşdırılıb. Səsvermə kabinələri istisna olmaqla, dairə və məntəqələri izləmək mümkün olacaq".

Sonda "veb-kamera"ların quraşdırılacağı dairə və məntəqələrin siyahısı təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə