Razi Nurullayevdən Qənimət Zahidə sərt MESAJ

Razi Nurullayev: “Qənimət Zahid reket jurnalistdir"
Razi Nurullayevdən Qənimət Zahidə sərt MESAJ

"Azərbaycan saatı verlişində Əli Kərimli birtərəfli qaydada təbliğat aparır. Belə ki, orada istənilən insan haqqında danışılsa da, ittihamlar səsləndirilsə də, onlara yerində cavab vermək mümkün olmur. Amma sosial şəbəkələrdə, mətbu orqanlarda Əli Kərimlinin dəstəsinə lazımı cavablar verilir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Etimad Qurultayı Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.

Razi Nurullayev qeyd edib ki, sözügedən verliş Əli Kərimlinin, Qənimət Zahidin azad söz, azad fikirlə bağlı söylədiklərinə ziddir: "Çünki birtərəfli şəkildə əks-təbliğat aparırlar və qarşı tərəfin fikirlərinə yer vermirlər. Bu, iyrənclikdir, səviyyəsizlikdir, mədəniyyətsizlikdir və gözügötürməməzlikdir. Hamıya məlumdur ki, Qənimət Zahid reket jurnalistdir. O hər zaman reketçiliklə məşğul olub, bu gün də həmin peşəsini davam etdirir. Qənimət Zahid kimi adamlar cəmiyyəti murdarlamaqla məşğuldur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə