"Azərbaycanlı iş adamları Efiopiya ilə danışıqlar aparırlar"

"Azərbaycanlı iş adamları Efiopiya ilə danışıqlar aparırlar"

Azərbaycanlı iş adamları Efiopiyanın müxtəlif investisiya sahələri ilə yaxından maraqlanırlar. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunu Efiopiya Xəbər Agentliyinə açıqlamasında Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bildirib.

O, ölkədəki fəaliyyətin əsas sahələrini müəyyənləşdirmək üçün azərbaycanlı iş adamlarının Efiopiya dövlət qurumları ilə danışıqlar apardığını qeyd edib. Kənd təsərrüfatı, emal, aqro-emal, ticarət, turizm, təhsil və digər sahələrdə əlverişli şəraitin mövcudluğunu vurğulayıb.

Səfir ticarət və investisiya əlaqələrinin nəticə etibarilə iki ölkə arasında diplomatik münasibətlərin genişlənməsinə gətirib çıxaracağını bildirib.

Elman Abdullayev Efiopiyanın regionda aparıcı rolu, onun coğrafi mövqeyi, təbiəti, xarici investisiyaların hökumət tərəfindən təşviq edilməsi və ölkədə hökm sürən davamlı sülhün xarici investorlar üçün əsas cəlbedici amillər olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə