Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 16-17 oktyabr tarixlərində Malayziyanın paytaxtı Kuala Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) "Qadınlar siyasətdə: qarşılıqlı əlaqə və innovasiya vasitəsilə təmsilçiliyin təşviqi" mövzusunda təşkil etdiyi konfransda iştirak edəcək. SİA-nın xəbərinə görə, Malayziya Milli Cəbhəsi partiyasının Qadın Qolunun ev sahibliyi edəcəyi tədbirin iştirakçıları təmsil etdikləri ölkələrin gender siyasəti barədə məlumat verəcək, qadınların siyasətdəki təmsilçiliyinin artırılması yönündə müzakirələr aparacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB