Parlamentin nümayəndə heyəti seçkiləri izləyəcək

Parlamentin nümayəndə heyəti seçkiləri izləyəcək

Milli Məclisin deputatı Rüfət Quliyev, parlament Sədrinin köməkçisi-MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov oktyabrın 9-da Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətimiz Belarusda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Milli Məclisin təmsilçiləri Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının missiyası tərkibində prosesə qatılacaqlar. Müşahidəçilər müxtəlif məntəqələrdə səsvermənin gedişatını izləyəcək, yerlərdə seçicilər üçün yaradılmış şəraitlə tanış olacaqlar.
Səfər oktyabrın 13-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə