Rusiya Suriyada quru əməliyyatına başlayır?

Rusiya Suriyada quru əməliyyatına başlayır?

"Rusiya vətəndaşlarının bu və ya digər tərəfdə döyüşmək üçün Suriyaya, İraqa və Liviyaya səfər etmələrinin ölkənin müvafiq orqanları tərəfindən qarşısının alınması doğru addımdır. Bu orqanlar düzgün addım atırlar". SİA-nın "İtar-tass"a istinadən verdiyi xəbərə görə, sözügedən fikrləri Rusiya Dumasının müdafiə komitəsinin sədri, Qara dəniz hərbi qüvvələrinin sabiq komandanı Vladimir Komoyedov jurnalistlərlə söhbətində bildirib.

Sabiq komandan bildirib ki, ərəb ölkələrində baş verən müharibələrin əsas səbəbi ABŞ-ın "uzaqgörən siyasəti"dir.

Lakin buna baxmayaraq, Rusiya vətəndaşlarının həmin ölkələrdə baş verən silahlı qarşıdurmalarda iştirak etmələrinin qarşısının alınması üçün ən sərt tədbirlər görüldüyünü deyib.

Komitə sədri ölkəsinin hərbi hava qüvvələrinin Suriyada "İslam Dövləti" terror təşkilatının bazalarının bombardman edilməsi ətrafında ünvanlanan sualları cavablandırarkən onun ölkəsinin Suriyaya quru qoşun hissələrini yeritməyəcəyini deyib: "Heç bir quru əməliyyatları keçirilməyəcək. Biz bu barədə dəqiq bəyanat vermişik".

Xatırladaq ki, son günlər Rusiyaya məxsus hərbi hava qüvvələrinə məxsus qırıcı və bobmbardmançı təyyarələr Suriya hökumətinin müraciətindən sonra bu ölkənin böyük hissəsini nəzarəti altına almış "İslam Dövləti" terror təşkilatının yerləşdiyi baza və mövqelərini hədəfə alıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə