“Rusiyalı politoloqun dedikləri yersiz və mənasızdır” AÇIQLAMA

“Rusiyalı politoloqun dedikləri yersiz və mənasızdır” AÇIQLAMA

"Rusiyalı politoloq Aleksey Kliminin Ermənistanın Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməsini və bunda da İsrail dövlətinin maraqlarının olması fikri ilə heç cürə razı deyiləm. Sadəcə olaraq bu insan həmin fikri nəyə görə səsləndirdiyini belə anlaya bilmirəm". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, çox gümanki burada rusiyalı politoloqun hansısa məqsədi və fikri var: "Həm sözügedən politoloq, həm də bizlər bilirik ki, Azərbaycanda yəhudi millətinə aid olan vətəndaşların sayı həddindən artıq çoxdur. Onlar Azərbaycanda tolerant və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə onların adət-ənənələrinə hörmət olunur. Yəhidi millətinə aid olan vətəndaşlar Azərbaycanda bərabərhüquqa malikdirlər. İsrail dövləti ilə Azərbaycan arasında münasibətlər, əməkdaşlıq hər zaman yüksək səviyyədə olub. İki dövlət arasında dostluq əlaqələri daha da genişlənir. Onlarla bizim heç bir problemimiz yoxdur. Rusiyanın Ermənistana havadarlıq edərək torpaqlarımızın işğal olunması faktı məlumdur. Yəni bu, tarixi bir hadisədir. Ona görə də rusiyalı politoloq Aleksey Kliminin dediklərini qəbul etmir, onun söylədiklərini mənasız və yersiz hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə