01 noyabr 2015-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası uğurla başa çatıb. SİA-nın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, partiya tərəfindən irəli sürülmüş hər bir namizədin Milli Məclisin üzvlüyünə namizədliyinin rəsmi qeydə alınması üçün Seçki Məcəlləsinin tələb etdiyi miqdarda imza toplanmış və müvafiq dairə seçki komissiyalarına təqdim edilib. 22 sentyabr tarixə olan məlumata görə artıq onlardan 17 nəfəri DSK tərəfindən Milli Məclis üzvlüyünə namizəd kimi rəsmi qeydə alınıb.
İmzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB