"Suriya ilə bağlı dərhal müəyyən danışıqlar aparılmalıdır". Bu sözləri SİA-ya siyasi ekspert Fikrət Sadıqov Rusiyanın Bəşər Əsəd rejiminə dəstək olmasının Şərqdəki böhranı necə təsir edəcəyi ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda geosiyasi vəziyyət olduqca mürəkkəbdir: "Hazırda gözümüzün önündə əsl qarşıdurma yaşanır. Sanki Qərblə Rusiya arasında yenidən "soyuq müharibə" başlayır. Təbii ki, bu fonda Rusiyanın açıq şəkildə Suriya ərazisinə qoşunlarını yeritməsi bu qarşıdurmanı daha da dərinləşdirə və mürəkkəbləşdirə bilər. Əslində Rusiya bunu normal qarşılayır. Orada belə bir fikir formalaşıb ki, əgər ABŞ İŞİD-ə qarşı öz qüvvələrini Suriyaya yeridə bilirsə və Suriyanı hava atəşinə məruz qoyursa, deməli onlar da hakimiyyəti dəstəkləmək məqsədi ilə qoşunlarını Suriyaya yeridə bilər".
Fikrət Sadıqov bildirib ki, bu qarşıdurma artıq çoxdan gedir: "Yaşanan bu vəziyyət göstərir ki, artıq aparıcı dövlətlər Suriya ilə bağlı müəyyən müzakirələr aparmalıdırlar. Bir tərəfdən Rusiya qoşunlarının Suriyaya hərbi müdaxilə etməsi digər tərəfdən Amerika koalisiyası və onun ətrafındakı hərbi qüvvələrin Suriyanı bombalaması vəziyyəti çətinləşdirir. Bu dövlətlər hansısa ortaq məxrəcə gəlməlidirlər. Məsələnin hərbi münaqişə ilə həlli çox pis nəticə verə bilər. Bu nəticələr həmin bölgədə yaşayan dinc əhaliyə də zərbə endirə bilər. Bu qarşıdurmanın qarşısını almaq üçün hansısa formatda müəyyən danışıqlar aparılmalıdır və danışıqlar əsasında müvafiq qərarlar qəbul edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB