“Azadlıq” blokunun seçkiyə qatılmaq istəyinin səbəbi budur” AÇIQLAMA

“Azadlıq” blokunun seçkiyə qatılmaq istəyinin səbəbi budur” AÇIQLAMA

"Azərbaycanda həmişə olduğu kimi 2015-ci il Parlament seçkiləri ərəfəsində olduqca demokratik seçki mühiti formalaşıb. Azərbaycan hüquqi dövlət olduğu üçün hər kəs seçmək və seçilmək hüququna malikdir. İstənilən şəxs fərdi qaydada partiya mənsubiyyətinə görə və yaxud hansısa blok yaradaraq seçkiyə qatıla bilər". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu "Azadlıq-2015" adlı blokun da seçkilərə qatılmasına münasibət bildirərkən deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycanda seçki öncəsi cəmiyyətin ictimai-siyasi institutlarının bu şəkildə aktivləşməsi bir daha ölkəmizdə sözün həqiqi mənasında demokratiyanın və demokratik seçki mühitinin olduğunun göstəricisidir: "Digər tərəfdən müxtəlif fərdlərin və siyasilərin Azərbaycanın hüquq sisteminə və ölkəmizin hüquqi demokratiyasına inancından irəli gəlir. Çünki seçkidə iştirak edən hər bir fərd seçkinin demokratik keçiriləcəyinə inandığı üçün bu prosesə qatılır. Beləcə müxtəlif blokların, o cümlədən "Azadlıq" blokunun da seçkiyə qatılmaq istəyinin səbəbi məhz budur".

Bütün xəbərlər Facebook səhifəmizdə