ABŞ-da 2016-cı ilin Noyabrında keçiriləcək prezident seçkilərinə Respublikaçı Partiyanın namizədi olaraq qoşulan əmlak milyarderi, biznesmen Donald Trump keçirilən anketlərdə irəlidə gedir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyədə əmlak sərmayələri olan Donald Trump, namizədliyini açıqladığı ilk seçim çıxışında, ölkəyə gələn meksikalıları oğru və təcavüzkar olaraq günahlandırıb, ayrı-seçkilik və nifrət ifadələrinə yer verib. Gün keçdikcə siyasi ifadələrində daha da sərtləşməsinə baxmayaraq, son sorğularda Trump rəqiblərini qabaqlayıb.
Siyasi rəqiblərini tənqid edən, İspaniya televiziya kanalında bir jurnalisti mətbuat konfransından qovan, digər qadın jurnalisti söyən və daha sonra üzr istəməyən Trump, bütün bu rəftarlarına görə tənqid olunsa da Respublikaçı seçicilərin səslərini toplamaqda davam edir. Quinnipac Universitetinin apardığı sorğuya əsasən, Respublikaçı Partiyasının 17 namizədi arasından Trump seçicinin 28 faizini əldə edib. Trumpun ən yaxın təqibçisi olan beyin cərrahı Ben Karson 12 faiz səs əldə edib. Atası və böyük qardaşı ABŞ-a rəhbərlik etmiş Floridanın sabiq icra hakimi Jeb Buş isə yalnız 7 faiz səs toplamaqla 3-cü yerdə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB