Aydın Quliyev: “Jurnalistlərin hüquqları ABŞ-da tam şəkildə qorunmur” MÜNASİBƏT

Aydın Quliyev: “Jurnalistlərin hüquqları ABŞ-da tam şəkildə qorunmur” MÜNASİBƏT

"Hadisənin baş verməsi hansı motivdə olursa-olsun istənilən halda pislənməlidir. Çünki məlum hadisə yaşanan ölkədə azad mətbuat və söz azadlığının üzərində daxili qorxu senzurasının formalaşmasına gətirib çıxara bilər". Bu fikirləri SİA-ya "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalistin naməlum şəxs tərəfindən güllələnməsinə münasibətini bildirərkən deyib.

Baş redaktor qeyd edib ki, bu, ABŞ-da jurnalistlərlə bağlı ikinci faktdır: "Bu onu göstərir ki, özünü demokratiyanın beşiyi adlandıran ABŞ-da söz və mətbuat azadlığı ciddi şəkildə pozulur. Düşünürəm ki, hadisələrin arxasında nələrin dayandığını açmaq üçün həmin ölkənin rəhbərliyinin özü maraqlı olmalıdır. Əlbəttə, belə hadisələrin baş verməsi istər-istəməz ABŞ-ın digər ölkələrdə jurnalist haqlarının qorunmasına dair verdiyi bəyanatlara problem yaradacaq. Bu baxımdan hesab edirəm ki, ABŞ bundan sonra digər ölkələri ittiham edən bəyanatlardan çəkinəcək. Ən azı ona görə ki, canlı efir zamanı iki jurnalistin qətlə yetirilməsinə görə hər kəsdə belə bir sual yaranacaq. Jurnalistlərin hüquqları daha çox ABŞ-da qorunur yoxsa ondan kənarda? Hər halda baş verən dəhşətli hadisəyə görə onu demək olar ki, ABŞ-da jurnalistlərin hüquqları heç də tam şəkildə qorunmur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə