Mübariz Əhmədoğlu: “Hansısa sənədlərin imzalanmasına şübhəm var” AÇIQLAMA
"ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivlik nümayiş etdirirdilər. Sadəcə olaraq onlar yarı yolda öz mövqelərini dəyişdilər". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan-Azərbaycan prezidentlərinin sentyabrda keçiriləcək görüşünün təxirə salınmasına münasibət bildirərkən deyib.
Mərkəz sədrinin sözlərinə görə, əslində ABŞ tərəfi münaqişənin həlli ilə bağlı aktiv fəaliyyətə başlasa da sonradan müəyyən qədər pauza götürdü: "ABŞ tərəfindən bşlanan proses Ermənistanın ziyanına, Azərbaycanın xeyrinə idi. Lakin sonra Ermənistan prezidenti Serj Sarkisyan erməniləri alət edərək ABŞ-ın əlinə verdi. İndi də Amerika buna görə müəyyən qədər pauza götürdü. Yəni, danışıqlar prosesində özünün yaratdığı aktivliyi bir növ neytrallaşdırdı. Düşünmürəm ki, sentyabrda BMT Baş Assambleyasında Ermənistan-Azərbaycan prezidentləri arasında görüş olsun. Görüş olsa belə, hansısa sənədlərin imzalanmasına şübhəm var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB