"Osman Kazımovun Milli Şuranı Rusiyanın layihəsi kimi ittiham etməsi real təsir bağışlamır". Bu fikriləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov Müsavat Partiyasının başqan müavini Osman Kazımovun onları Rusiyaya işləməkdə, bunun vasitəsilə siyasi divident qazanmağa çalşmaqda ittiham etməsinə münasibət bildirərkən deyib.
AXCP rəsmisi bildirib ki, Osman Kazımov hansı dairələrlə iş birliyi qurmalarından, hakimiyyətə necə işləmələrindən danışsın, xalqa açıqlama versin: "Yoxsa ki, onun bizi ittiham etməsi şəxsən mənim üçün maraqlı deyil. O adamı ümumiyyətlə ciddi biri kimi qəbul etmirəm. Ona görə də Osman Kazımov, ya da Müsavat barədə hər hansı bir uzun-uzadı açıqlama vermək fikrində deyiləm. Osman getsin ciddi işlərlə məşğul olsun".
Xatırladaq ki, son günlər AXCP-yə yaxınlığı ilə seçilən"Azadlıq" qəzeti ilə "Yeni Müsavat" arasında baş qaldıran qarşıdurmalar artıq AXCP və Müsavat arasındakı gərginliyin artmasına da səbəb olub. Rüstəm İbrahimbəyovun erməniləri özünə düşmən hesab etməməsi, Krımın isə Rusiyaya məxsus olması ətrafında verdiyi açıqlamasından sonra isə hər iki siyasi təşkilat arasındakı qarşıdurma daha da şiddətlənib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB